Avropa çempionatı: Daha bir güləşçimiz bürünc medal qazandı - YENİLƏNİB

Avropa çempionatı: Daha bir güləşçimiz bürünc medal qazandı - YENİLƏNİB Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Fərdi
21 Aprel , 2021 22:10
Avropa çempionatı: Daha bir güləşçimiz bürünc medal qazandı - YENİLƏNİB
Osman Nurməhəmmədov

Azərbaycanın iki sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 61 kq-da Əhmədnəbi Qvarzatilov 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə üz-üzə gəlib. 7:9 hesabı ilə uduzan idmançı medal şansını əldən verib.

92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov isə Andril Vlasovla (Ukrayna) qüvvəsini sınayıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurməhəmmədov bürünc medal qazanıb.

14:41

Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən Əhmədnəbi Qvarzatilov təsəlliverici qarşılaşmada Vladimir Yeqorovla (Makedoniya) üz-üzə gəlib.

6:2 hesablı qələbə qazanan idmançı 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə qüvvəsini sınayacaq.

86 kq-da Hacımurad Məhəmmədsəidov boynundan zədə aldığı üçün Nazim Aminlə (San-Marino) təsəlliverici görüşə çıxmayıb və texniki məğlubiyyət alıb.

Qeyd edək ki, bu gün Azərbaycanın digər sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) da bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Andril Vlasov (Ukrayna) olacaq.

Daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi