Avropa çempionatı: Azərbaycan komandası ilk medalını qazandı - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan komandası ilk medalını qazandı - YENİLƏNİB Fərdi batut yarışlarında 87.620 xal toplayan Hüseyn Abbasov və Maqsud Mahsudov həlledici raunda yüksəliblər
Fərdi
1 May , 2021 18:14
Avropa çempionatı: Azərbaycan komandası ilk medalını qazandı - YENİLƏNİB

Azərbaycanın tamblinq üzrə gənclərdən ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, tərkibi Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

17:43

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Mahsudov Rusiyanın Soçi şəhərində keçirilən Batut Gimnastikası və Tamblinq üzrə Avropa çempionatında finala vəsiqə qazanıblar.

"Report"un məlumatına görə, fərdi batut yarışlarında 87.620 xal toplayan idmançılar həlledici raunda yüksəliblər.

Qeyd edək ki, bu gün həmçinin gənclər arasında tamblinq üzrə komanda yarışlarında ilk medallar sahibini tapacaq. Burada Azərbaycan Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət komanda ilə təmsil olunacaq.

Axşam sessiyasında isə batutçular arasında yarımfinal çıxışları olacaq və Hüseyn Abbasovla Selcan Mahsudova qüvvəsini sınayacaq.

Aprelin 29-da start götürən Avropa çempionatının ilk günündə Azərbaycan tamblinqçisi Maxail Malkin finala çıxıb.

Son xəbərlər

Orphus sistemi