Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının son tur üçün heyətləri bəlli olub

Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının son tur üçün heyətləri bəlli olub Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Fərdi
185
21 Noyabr , 2021 13:34
Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının son tur üçün heyətləri bəlli olub

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

"Report"un məlumatına görə, sonuncu - IX turda kişilərdən ibarət komanda Fransa yığması ilə, qadınlar isə Niderlandla üz-üzə gələcək.

Qeyd edək ki, 8 turdan sonra kişilərdən ibarət Azərbaycan və Fransa komandaları 12 xalla 2-3-cü yerləri bölüşdürür. 10 xalı olan qadınlar isə Ukrayna ilə birlikdə 4 - 5-ci yerlərdə gedir.

Avropa çempionatı, IX tur
21 noyabr

Kişilər

Fransa - Azərbaycan

Alireza Firuzca - Şəhriyar Məmmədyarov

Maksim Vaşye-Laqrav - Teymur Rəcəbov

Maksim Laqarde - Rauf Məmmədov

Jil Mussar - Nicat Abbasov

Qadınlar

Azərbaycan - Niderland

Günay Məmmədzadə - Jaogin Penq

Gülnar Məmmədova - Elin Roebers

Ülviyyə Fətəliyeva - Maçteld Van Forest

Gövhər Beydullayeva - Tea Lançava

Son xəbərlər

Orphus sistemi