Avropa çempionatı: Azərbaycanın şahmat yığması İtaliyanı məğlub edib

Avropa çempionatı: Azərbaycanın şahmat yığması İtaliyanı məğlub edib Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri ilk görüşlərinə çıxıblar.
Fərdi
12 Noyabr , 2021 22:08
Avropa çempionatı: Azərbaycanın şahmat yığması İtaliyanı məğlub edib

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri ilk görüşlərinə çıxıblar.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda birinci turda İtaliyanı məğlub edib.

Şəhriyar Məmmədyarov və Qədir Hüseynov ağ, Nicat Abbasovla Rauf Məmmədov qara fiqurlarla oynayıb. Məmmədov, Hüseynov və Abbasov rəqiblərinə qalib gəlib. Məmmədyarovun görüşü bitməyib, lakin nəticəyə təsir etməyəcək.

Qadınlar isə hazırda Türkiyə ilə üz-üzə gəlir və 2:0 hesabı ilə öndədir.

Avropa çempionatı, I tur

Kişilər

Azərbaycan - İtaliya - 3:0

Şəhriyar Məmmədyarov - Daniel Vokaturo

Rauf Məmmədov - Luka Moroni - 1:0.

Qədir Hüseynov - Alessio Valçesi - 1:0

Nicat Abbasov - Françesko Sonis - 1:0

Qadınlar

Azərbaycan - Türkiyə - 2:0

Günay Məmmədzadə - Sila Çağlar

Gülnar Məmmədova - Buse Naz Koçyigit - 1:0

Xanım Balacayeva - Gülenay Aydın - 1:0

Gövhər Beydullayeva - Çiğdem Onur

Məmmədzadə və Balacayeva ağ, Məmmədova və Beydullayeva qara fiqurlarla mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi