Avropa çempionatı: Azərbaycanın üç para-karateçisi finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın üç para-karateçisi finala yüksəlib Azərbaycanın iki para-karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Fərdi
27 May , 2022 17:37
Avropa çempionatı: Azərbaycanın üç para-karateçisi finala yüksəlib

Azərbaycanın üç para-karateçisi Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, gözdən zəif idmançılar kateqoriyasında Nihat Məmmədzadə və Emilia Mitilinova həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Bundan əlavə, Eldar Əhmədov əlil arabası istifadəçiləri arasında finala adlayıb. Fərrux Qaybaliyev isə bürünc medal qarşılaşmasında məğlub olub.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi