Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq Azərbaycanın iki cüdoçusu Balabəy Ağayev və Yaşar Nəcəfov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Fərdi
29 Aprel , 2022 15:53
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın iki cüdoçusu - Balabəy Ağayev və Yaşar Nəcəfov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

"Report"un məlumatına görə, 60 kq-da yarışan Ağayev Savva Karakizidi (Yunanıstan) və David Pulkrabeki (Çexiya) yensə də, 1/4 finalda Françisko Qarriqosa (İspaniya) məğlub olub. Ağayev təsəlliverici görüşdə Tornike Tsjakadoea (Niderland) ilə dueldən qalib ayrılıb.

Eyni çəkidəki Əhməd Yusifov Riko Bernabeunu (İspaniya) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda Jorre Verstraetenə (Belçika) yenilib.

Balabəy Ağayev bürünc medal uğrunda məhz Verstraetenlə görüşəcək.

66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov ardıcıl olaraq Radu İzvoryanu (Moldova), Orlando Kazorla (Fransa) və Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, yarımfinalda Boqdan Yadova (Ukrayna) məğlub olub. Nəcəfov medal görüşündə Elios Mantsinin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Eyni çəkidəki İbrahim Əliyev 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Tal Flikerə (İsrail) uduzub.

Qadınlardan 48 kq çəkidə yer alan Şəfəq Həmidova 1/8 final mərhələsində Xuliya Figeroaya (İspaniya), Ramilə Əliyeva Katarina Koştaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.

Son xəbərlər

Orphus sistemi