Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finalda, ikisi uduzub

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finalda, ikisi uduzub Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fərdi
29 Mart , 2022 19:35
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finalda, ikisi uduzub

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 92 kq-da yer alan Osman Nurmaqomedov finala gedən yolda bolqarıstanlı Ahmed Sultanoviç Batayevlə qüvvəsini sınayıb.

Qarşılaşma 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən, adını finala yazdırıb. Nurmaqomedov isə bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilela ilə güləşəcək.

19:22

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 86 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Sebastian Yezerjanski ilə qarşılaşıb.

3:1 hesablı qələbə qazanan Abakarov qızıl medal uğrunda görüşdə San-Marino təmsilçisi Maylz Nazem Amineni sınağa çəkəcək.

19:11

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində rəqib slovakiyalı Taymuraz Salkazanov olub.

Rəqibinə 2:8 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda qarşılaşmada Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi