Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Fərdi
276
1 May , 2022 18:10
Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub

Azərbaycan cüdoçusu Elmar Qasımov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib İsveçrə təmsilçisi Daniel Ayx olub. Rəqibinə ipponla uduzan Qasımov 5-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.

17:14

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.

Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi