Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır Bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq
Fərdi
29 Mart , 2022 09:07
Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək.

74 kq çəkidə yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə görüşəcək.

86 kq-da Abubakr Abakarov eyni raundda Denis Balaur (Moldova) ilə qarşılaşacaq.

92 kq çəkidəki Osman Nurmaqomedov yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq.

Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə güləşəcək.

Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi