Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazana bilər

Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazana bilər Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusü mübarizəyə qoşulub.
Fərdi
1 May , 2022 15:17
Avropa çempionatı: Azərbaycanın daha 2 cüdoçusu bürünc medal qazana bilər

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın son 3 cüdoçusü mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, yuxarı çəki dərəcələrində Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış ediblər.

Mehdiyev və Qasımov 1/4 final mərhələləsində uduzaraq, finala yüksələ bilməsələr də, bürünc medal görüşündə iştirak hüququ qazanıblar. Fəxri kürsünün 3-cü pilləsində yer almaq üçün onlar müvafiq olaraq, Kristian Tot (Macarıstan) və Daniel Ayx (İsveçrə) üzərində qələbə qazanmalıdırlar.

Yalnız ilk görüşündə qalib gələn Kokauri isə sonda 7-ci yerlə kifayətlənib.

Avropa çempionatı

1 may

90 kq
1/16 final. Məmmədəli Mehdiyev - David Klammert (Çexiya)

1/8 final. Məmmədəli Mehdiyev - Cennaro Pirelli (İtaliya)

1/4 final. Məmmədəli Mehdiyev - Teodoros Tselidis (Yunanıstan)

Təsəlli görüşü. Məmmədəli Mehdiyev - Yesper Smink (Niderland)

Bürünc medal görüşü. Məmmədəli Mehdiyev - Kristian Tot (Macarıstan)

100 kq
1/16 final. Elmar Qasımov - Sedrik Olivar (Fransa)

1/8 final. Elmar Qasımov - İlya Salamanidze (Gürcüstan)

1/4 final. Elmar Qasımov - Mixael Korrel (Niderland)

Təsəlli görüşü. Elmar Qasımov - Peter Palçik (İsrail)

Bürünc medal görüşü. Elmar Qasımov - Daniel Ayx (İsveçrə)

+100 kq
1/8 final. Uşangi Kokauri - İves Ndao (Belçika)

1/4 final. Uşangi Kokauri - Yohannes Fray (Almaniya)

Təsəlli görüşü. Uşangi Kokauri - Yakov Hanna (Ukrayna)

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) isə 5-ci yeri tutub. Hazırda yığma ümumi komanda hesabında 5-ci, kişilərin yarışında 2-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi