Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında fərdi yarışı 4 medalla başa vurublar.
"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, son olaraq Sübhan Axundov (+90 kq) gümüş mükafat əldə edib.
Əli Qazımənmədov (81 kq) üçüncü yer uğrunda görüşdə uduzub.
Beləliklə, oğlanlardan ibarət yığma medal sıralamasında ikinci olub.
Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.