Avropa çempionatı: Azərbaycan komandasında ən yaxşı nəticəni göstərən şahmatçı müəyyənləşib

Avropa çempionatı: Azərbaycan komandasında ən yaxşı nəticəni göstərən şahmatçı müəyyənləşib Azərbaycan şahmatçısı Nicat Abbasov Sloveniyanın Çatej şəhərində keçirilmiş komandalararası Avropa çempionatında heyət üzvləri arasında ən yaxşı nəticəni göstərib.
Fərdi
22 Noyabr , 2021 09:26
Avropa çempionatı: Azərbaycan komandasında ən yaxşı nəticəni göstərən şahmatçı müəyyənləşib

Azərbaycan şahmatçısı Nicat Abbasov Sloveniyanın Çatej şəhərində keçirilmiş komandalararası Avropa çempionatında heyət üzvləri arasında ən yaxşı nəticəni göstərib.

"Report"un məlumatına görə, 26 yaşlı qrossmeyster kişilərin mübarizəsində beşinci lövhədə 1-ci yeri tutub.

Komandanın digər üzvlərindən Şəhriyar Məmmədyarov birinci lövhədə, Rauf Məmmədov üçüncü lövhədə 4-cü, Teymur Rəcəbov ikinci lövhədə 7-ci, Qədir Hüseynov dördüncü lövhədə 13-cü yeri tutub.

Qadınlara gəldikdə, Günay Məmmədzadə birinci lövhədə 4-cü, Xanım Balacayeva üçüncü lövhədə, Gövhər Balacayeva beşinci lövhədə 5-ci, Gülnar Məmmədova ikinci lövhədə 15-ci olub.

Qeyd edək ki, Avropa çempionatında qadınlardan ibarət Azərbaycan yığması bürünc medal qazanıb, kişilərdən ibarət komanda isə 5-ci yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi