Hidayət Heydərov Avropa çempionu olub, Rüstəm Orucov bürünc medal qazanıb

Hidayət Heydərov Avropa çempionu olub, Rüstəm Orucov bürünc medal qazanıb Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər.
Fərdi
719
30 Aprel , 2022 17:47
Hidayət Heydərov Avropa çempionu olub, Rüstəm Orucov bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.

Qızıl xal bölümündə qalib gələn Heydərov ikiqat Avropa çempionu olub.

17:37

Azərbaycan cüdoçusu Rüstəm Orucov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı Adrian Sulka (Rumıniya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.

Bu, Azərbaycanın hazırkı qitə birinciliyində ilk medalı olub.

15:23

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan idmançı Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib. O, qızıl medal uğrunda mübarizədə Covanni Espozito (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Aleksandru Raykunu (Rumıniya) məğlub edərək, bürünc medal görüşünə vəsiqə qazanıb. Avropa çempionunun rəqibi Adrian Sulka (Rumıniya) olacaq.

14:27

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəliblər.

"Report"un məlumatına görə, 73 kq-da çıxış hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlib.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Rüstəm Orucov isə ilk iki görüşündə Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, 1/4 finalda Mark Xristovla (Bolqarıstan) bacarmayıb.

Heydərov finala gedən yolda Xristovla, Orucov isə təsəlliverici qarşılaşmada Rayku ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi