Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb Azərbaycan boksçusu Ruslan Qədirov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatında final görüşünə çıxıb.
Fərdi
23 Mart , 2022 17:31
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

Azərbaycan boksçusu Ruslan Qədirov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 54 kq çəki dərəcəsində rəqib türkiyəli Samet Gümüş olub.

Rəqibinə məğlub olan Qədirov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda uduzaraq bürünc medal əldə ediblər.

Son xəbərlər

Orphus sistemi