Avropa birinciliyinin qalibi olan ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib

Avropa birinciliyinin qalibi olan ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində (GİN) ağırlıqqaldırma üzrə yeniyetmə oğlan və qızlar arasında birinciliyinin qalibi olan Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib.
Fərdi
3 Avqust , 2018 15:07
Avropa birinciliyinin qalibi olan ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində (GİN) ağırlıqqaldırma üzrə yeniyetmə oğlan və qızlar arasında birinciliyinin qalibi olan Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib.

“Report” xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, məşqçilər və idmançılar iştirak ediblər.

İdmançıları qələbə münasibəti ilə təbrik edən İ.İsmayılov yarışda ümumilikdə 22 medalın əldə olunmasının tarixi nəticə olduğunu söyləyib. O, idmançılara federasiyasının icazəsi olmadan heç bir dərman preparatlarından istifadə etməməyi tövsiyə edib: "Hansısa dərman sonradan dopinq kimi qəbul olunur. İllərlə əziyyət çəkən, tonlarla ağırlıq qaldıran idmançı kiçik məsuliyyətsizlik səbəbindən əziyyətini heç edə bilər. Ona görə diqqətli və məsuliyyətli olmaq lazımdır".

F.Mansurov da yığmamızın uğurlarını yüksək dəyərləndirib və onlara uğurlar arzulayıb.

Federasiyasının baş katibi R.Rəsulov ağırlıqqaldırmanın Azərbaycanda ənənələri olan idman növü olduğunu vurğulayıb: "Problemlərə baxmayaraq, inkişaf konsepsiyasına əsasən aşağı yaşlı idmançılarımızı tam hazırlayıb daha yuxarı yaş kateqoriyalarına keçirdik. Bu da öz nəticəsini verdi. Son Avropa çempionatında qazanılan 22 medal və 15 yaşlı idmançılar arasında komanda hesabında qızıl medalın əldə olunması işlərin düzgün qurulduğunu göstərir. Çalışacağıq ki Yeniyetmələrin Olimpiya Oyunlarında da yüksək nəticələr qazanaq".

Baş məşqçi Asif Məmmədov da yeniyetmə idmançıların əsas ümid yeri olduqlarını və qazanılan nəticələrə görə çox sevindiyini bildirib.

Qeyd edək ki, Azərbaycan millisi İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində ümumilikdə 22 medal qazanıb və komanda hesabında qalib olub.

Son xəbərlər

Orphus sistemi