Avropa birinciliyində qızıl medal qazanan cüdoçular Bakıya qayıdıb

Avropa birinciliyində qızıl medal qazanan cüdoçular Bakıya qayıdıb Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində iştirak edən Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Bakıya qayıdıb.
Fərdi
186
20 Avqust , 2021 10:55
Avropa birinciliyində qızıl medal qazanan cüdoçular Bakıya qayıdıb

Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində iştirak etmiş Azərbaycanın yeniyetmə cüdoçuları Bakıya qayıdıb.

Federasiyadan "Report"a verilən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıb.

Xatırladaq ki, Azərbaycan milli komandası yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Yalnız final görüşündə məğlub olan Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Digər cüdoçular - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) isə yarışı bürünc medalla başa vurublar.

Azərbaycanın yeniyetmələrdən ibarət millisi ümümi komanda hesabında Rusiya yığmasından sonra 2-ci yeri tutub. Cüdoçular İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi böyük cüdo ənənələri olan ölkələri qabaqlayıb.

Qeyd edək ki, 37 ölkənin komandalarının mübarizə apardığı qitə birinciliyinə milli komanda 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.

Son xəbərlər

Orphus sistemi