Avropa Ağırlıqqaldırma Federasiyasına türkiyəli yeni prezident seçildi

Avropa Ağırlıqqaldırma Federasiyasına türkiyəli yeni prezident seçildi Rusiyanın paytaxtı Moskvada keçirilən konqresdə bu vəzifəyə türkiyəli Hasan Akkuş seçilib
Fərdi
1 Aprel , 2021 17:53
Avropa Ağırlıqqaldırma Federasiyasına türkiyəli yeni prezident seçildi
Hasan Akkuş

Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) yeni prezidenti müəyyənləşib.

"Report"un məlumatına görə, Rusiyanın paytaxtı Moskvada keçirilən konqresdə bu vəzifəyə türkiyəli Hasan Akkuş seçilib.

Koronavirus pandemiyası ilə əlaqədar bəzi nümayəndələr tədbirə qatılmadığından səsvermə qarışıq formatda təşkil olunub. İştirakçılar kağız bülletenlər vasitəsilə, koqresə qatıla bilməyənlər isə onlayn formada səs veriblər.

Qeyd edək ki, Hasan Akkuşdan başqa, EWF prezidentliyinə daha 2 namizəd var idi. Bunlardan biri qurumun İcraiyyə Komitəsinin üzvü Antoni Konflitti (Moldova), digəri isə Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Maksim Aqapitov (Rusiya) idi. Sonradan Aqapitov namizədliyini geri götürüb.

Son xəbərlər

Orphus sistemi