AVRO-2016: Son turun ilk oyun günü üçün təyinatlar açıqlanıb

AVRO-2016: Son turun ilk oyun günü üçün təyinatlar açıqlanıb Görüşlər çexiyalı və sloveniyalı referilərə tapşırılıb
Fərdi
17 İyun , 2016 13:56
AVRO-2016: Son turun ilk oyun günü üçün təyinatlar açıqlanıb

Bakı. 17 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında III turun ilk oyun günü üçün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya milli komandasının Rumıniya ilə görüşünü çexiyalı baş hakim Pavel Kralovets idarə edəcək.

İsveçrə - Fransa görüşü isə sloveniyalı referi Damir Skominaya tapşırılıb. A qrupundakı hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Avropa çempionatı, III tur

A qrupu

23:00. Rumıniya - Albaniya

Baş hakim: Pavel Kralovets (Çexiya)

Yan xətt hakimləri: Roman Slışko (Slovakiya), Tomaş Mokruş (Çexiya)

Əlavə köməkçi-hakimlər: Petr Ardelyanu, Mixal Patak (hər ikisi Çexiya)

Dördüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)

23:00. İsveçrə - Fransa

Baş hakim: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Marko Frits

htiyat köməkçi-hakim: Mark Borş (hər ikisi Almaniya)

Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)

UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)

Son xəbərlər

Orphus sistemi