Yuxarı
    Bağlamaq

    ​Avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası keçirilib

    Turnirdə Gürcüstan və Türkiyə idmançıları da iştirak ediblər

    Bakı. 6 aprel. REPORT.AZ/ Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası keçirilib.

    Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ardıcıl 8-ci ildir təşkil olunan reqatada Bakı və Mingəçevir avarçəkənlərindən əlavə, Gürcüstanın hər 3 növ üzrə, Türkyənin isə 1997 – 1999-cu il təvəllüdlü kayakçılardan ibarət komandası mübarizə aparıb.

    Qonaq komandalar əvvəlki illərlə müqayisədə daha inamlı təsir bağışlayıblar.

    Gürcüstanın həm həm 2000 – 2002, həm 1997 – 1999, həm də 23 yaşadək və yuxarı yaş qrupları üzrə avarçəkənləri üst-üstə 5 qızıl, 7 gümüş, 4 bürünc medala sahib olub. Türkiyə kayakçıları reqatanı 6 qızıl, 3 gümüş medalla başa vurublar.

    Azərbaycan təmsilçilərinə gəldikdə, mingəçevirli avarçəkənlər 11 qızıl, 14 gümüş, 17 bürünc, bakılı avarçəkənlər isə 4 qızıl, 3 gümüş, 3 bürünc medala yiyələniblər.

    Paytaxt təmsilçilərindən Vlad Nakoneçnı 4 nəfərlik qayıqla həm 1997 – 1999, həm də 2000 – 2002-ci il təvəllüdlülərin yarışında mingəçevirli akademik avarçəkənlərlə birgə aktivinə 2 qızıl medal da yazdırıb.

    Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatasında böyüklərdən ibarət kayakçı və kanoeçilərin yürüşləri I Avropa Oyunları öncəsi test xarakteri daşıyıb. Reqatanı “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri də izləyib. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər. Fərqlənənlərə diplom və medallar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi