"Atletiko Madrid" La Liqanın yarış cədvəlində liderliyə yüksəlib

"Atletiko Madrid" La Liqanın yarış cədvəlində liderliyə yüksəlib İspaniya La Liqasının doqquzuncu turunun matçında "Atletiko" futbol klubu "Kadis"ə qalib gəlib.
Fərdi
8 Noyabr , 2020 03:48
Atletiko Madrid La Liqanın yarış cədvəlində liderliyə yüksəlib

İspaniya La Liqasının doqquzuncu turunun matçında "Atletiko" futbol klubu "Kadis"ə qalib gəlib.

“Report” xəbər verir ki, qarşılaşma Madriddə keçirilib və 4:0 hesabı ilə başa çatıb.

"Atletiko"nun qollarını Joau Feliş (2 qol), Luis Suares və Markos Lorente vurublar.

Xatırladaq ki, Madrid klubu Çempionlar Liqasının qrup mərhələsində Moskva "Lokomotivi"nin rəqibidir.

"Atletiko" La Liqanın doqquz turundan sonra 17 xala malikdir və yarış cədvəlində birinci yeri tutur.

Son xəbərlər

Orphus sistemi