Asiya çempionatı koronavirusa görə ləğv olundu

Asiya çempionatı koronavirusa görə ləğv olundu Ağırlıqqaldırma üzrə Asiya çempionatı koronavirus epidemiyasına görə təxirə salınıb.
Fərdi
6 Mart , 2020 15:53
Asiya çempionatı koronavirusa görə ləğv olundu

Ağırlıqqaldırma üzrə Asiya çempionatı koronavirus epidemiyasına görə təxirə salınıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 16-25 apreldə Özbəkistanın paytaxtı Daşkəntdə keçirilməsi planlaşdırılan yarışın ləğv olunması virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Asiya çempionatının yeri bu il fevralın 17-də Qazaxıstandan Özbəkistana dəyişdirilib. Hələlik sözügedən ölkədə koronavirusa yoluxma halı aşkarlanmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 93 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 242-ə çatıb. Bunların 55 812 nəfəri sağalıb, 3 406 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi