ASAPES-in 2 magistrantı Koventri universitetinin diplomunu alacaq

ASAPES-in 2 magistrantı Koventri universitetinin diplomunu alacaq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) idman menecmenti ixtisası üzrə 2 magistrantı Böyük Britaniyanın Koventri universitetində təhsillərini davam etdirərək hər iki ali təhsil ocağının diplomunu alacaqlar.
Fərdi
28 mart 2022 17:12
ASAPES-in 2 magistrantı Koventri universitetinin diplomunu alacaq

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) idman menecmenti ixtisası üzrə 2 magistrantı Böyük Britaniyanın Koventri universitetində təhsillərini davam etdirərək hər iki ali təhsil ocağının diplomunu alacaqlar.

ASAPES-dən "Report"a verilən məlumata görə, bundan əlavə, Koventri universitetində semestri bitirdikdən sonra tələbələr Strateji Liderlik və İdarəetmə, Peşəkar Konsultasiya üzrə beynəlxalq sertifikat əldə edəcəklər.

Akademiyadan bildirilib ki, bu, ölkə adına böyük uğurdur, həmçinin ASAPES-in inkişaf istiqamətində görülən işlərin məntiqi nəticəsidir: "İki magistrantımızın xaricdə təhsil alması perspektivli və istedadlı gənclərin üzə çıxarılması, o cümlədən, ölkəmizdə idman əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi deməkdir. Belə bir fəaliyyət gələcəyə hesablanmış əməkdaşlığın təməlidir".

Qeyd edək ki, ASAPES-in Koventri Universiteti ilə əməkdaşlığı ali təhsil ocağının "İdman menecmenti" magistr proqramının standartını tanıması və müvafiq kreditləri qəbul etməsi nəticəsində mümkün olub. Adıçəkilən təhsil standartını Tübingen Universitetinin professoru, Avropa İdman İqtisadçılar Assosiasiyasının təsisçisi, ASAPES-in beynəlxalq konsultantı Tim Pavlovski dünya və Avropa standartlarına uyğun olaraq 2020-ci ildə yenidən tərtib edib.

Son xəbərlər

Orphus sistemi