"ASAN Xidmət" Azərbaycan Triatlon Federasiyası ilə əməkdaşlıq Memorandumu imzalayıb

"ASAN Xidmət" Azərbaycan Triatlon Federasiyası ilə əməkdaşlıq Memorandumu imzalayıb Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Triatlon Federasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Fərdi
24 Fevral , 2022 17:26
ASAN Xidmət Azərbaycan Triatlon Federasiyası ilə əməkdaşlıq Memorandumu imzalayıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("Asan Xidmət) ilə Azərbaycan Triatlon Federasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb.

"Report"un məlumatına görə, müqaviləni agentliyin aparat rəhbəri Fuad Qarayev və federasiya prezidenti Elçin Əliyev imzalayıb.

E.Əliyev Memorandumda regionlarda ilboyu keçirmək istədikləri tədbirlərdə "Asan Xidmət" könüllülərinin dəstəyindən yararlanmağın nəzərdə tutulduğunu söyləyib.

O, triatlonçuların könüllülər üçün treninqlər keçirəcəyini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi