Arif Rəhimov "Formula 1"in Azərbaycana faydalarından danışdı

Arif Rəhimov "Formula 1"in Azərbaycana faydalarından danışdı Hər zaman vurğulamışıq ki, Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisi sadəcə nümunəvi hadisə deyil, iqtisadi, sosial və mədəni dəyişikliklərin qığılcımıdır. Bunlar burada yaşayıb-işləyənlərin hamısı üçün daha böyük imkan və faydalar yaradır.
Fərdi
4 Fevral , 2020 11:49
Arif Rəhimov Formula 1in Azərbaycana faydalarından danışdı

"Hər zaman vurğulamışıq ki, Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi sadəcə nümunəvi hadisə deyil, iqtisadi, sosial və mədəni dəyişikliklərin qığılcımıdır. Bunlar burada yaşayıb-işləyənlərin hamısı üçün daha böyük imkan və faydalar yaradır". 

"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib. O bildirib ki, son bir neçə ilin hesabatı bu məsələdə bütün gözləntilərin ötüb-keçildiyini aydın şəkildə göstərir: "Ən azı 2023-cü ilədək Qran-pri keçirəcəyimizə təminat verən yeni müqaviləmiz var. Bakıda avtomobil idmanının ən ali yarışını keçirməklə çoxillik uğuru əminliklə və optimistcəsinə səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Bakıda "Formula 1" yarışları 2016-cı ildən keçirilir. Bu il Azərbaycan Qran-prisi 5 - 7 iyunda olacaq. 

Son xəbərlər

Orphus sistemi