Arif Rəhimov: "Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq"

Arif Rəhimov: "Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq" "Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacağı təsdiqlənib"
Fərdi
12 May , 2021 16:33
Arif Rəhimov: Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq

"Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacağı təsdiqlənib".

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib.

O, qaliblərə kuboku təqdim edəcək şəxslərin yarışda iştirak edəcəklərini söyləyib: "Biz onları müvafiq qaydada yerləşdirməliyik. Xüsusən, bu, rəhbərlikdirsə. Amma azarkeşlər ümumiyyətlə olmayacaq".

Rəhimov əvvəlki illərdə azarkeşlər üçün çox iş gördüklərini və bunların hamısının sevinclə qarşılandığını xatırladıb: "Biz adətən, hər Qran-pridə üç konsertlər vermişik. Gecələr, pit-stop gəzintiləri və azarkeşlər üçün digər tədbirlər keçirmişik. Amma bunlar qarşıdakı Qran-pri zamanı olmayacaq".

BŞH rəhbəri hazırda pandemiya ilə əlaqədar hər kəsin qayğısına qalmağı və hamının təhlükəsizliklərinə əmin olmalarının vacibliyini dilə gətirib: "Pandemiya bizim sub-podratçılarımız və digər məsələlər üzrə çalışan insanlara təsir edə bilər. Adi ehtiyat tədbirləri görürük, maska taxır, şəxsi gigiyenaya əməl edirik. Deməzdim ki, bunları etmək çətindir".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi