Arif Abdullayev: "Güləşçilər bu gözəl nəticəni xalqımıza bəxş etdilər"

Arif Abdullayev: "Güləşçilər bu gözəl nəticəni xalqımıza bəxş etdilər" "İdmançılar bu gözəl nəticəni Azərbaycan xalqına bəxş etdilər".
Fərdi
15 Mart , 2022 09:33
Arif Abdullayev: Güləşçilər bu gözəl nəticəni xalqımıza bəxş etdilər

"İdmançılar bu gözəl nəticəni Azərbaycan xalqına bəxş etdilər".

"Report"un məlumatına görə, bunu Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş U-23 Avropa çempionatında komanda hesabında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığmasının baş məşqçisi Arif Abdullayev Bakıda qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

54 yaşlı mütəxəssis bütün idmansevərləri və Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib: "Yarışda 9 idmançı ilə təmsil olunurduq. Bunlardan 7-si medal qazandı. Vətənə 4 qızıl, 3 bürünc medalla qayıtdıq. U-23 Avropa çempionatında komanda hesabında Azərbaycan ilk dəfə birinci oldu".

Abdullayev 28 mart - 3 apreldə Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklərin Avropa çempionatında gənclərə də şans veriləcəyini vurğulayıb: "Komandamızın 2-3 üzvü qarşıdakı yarışda iştirak edəcək. Güləşçilər U-23 Avropa çempionatının hazırlığı üçün uzun yol qət ediblər. Müxtəlif təlim-məşq toplanışları və beynəlxalq yarışlar olmuşdu. Oradakı yaxşı hazırlıq bu nəticəyə gətirib çıxardı".

Qeyd edək ki, komandanın heyətində Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi