Yuxarı
    Bağlamaq

    Amerikalı Sloan Stivens "US Open" tennis turnirinin qalibi olub

    US Open turnirinə sentyabrın 10-da yekun vurulacaq

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Amerikalı qadın tennisçi Sloan Stivens Nyu-Yorkda keçirilən "US Open" turnirinin (ümumi mükafat fondu 50,4 milyon dollar) qalibi olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, 24 yaşlı Stivens final oyununda 22 yaşlı həmvətəni Medison Kizi 6:3, 6:0 hesabı ilə məğlub edib.

    Stivens karyerasında ilk dəfə idi ki, Böyük dəbilqə seriyalı turnirin finalında çıxış edirdi. Bu titul amerikalı üçün Qadın Tennis Assosiasiyası turnirlərində sayca 5-ci olub.

    "US Open" turnirinə sentyabrın 10-da yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi