Amerikalı milyarder Formula 1-in səhmlərini alır

Amerikalı milyarder Formula 1-in səhmlərini alır Berni Ekklstoun baş promouter vəzifəsindən məhrum ola bilər
Fərdi
3 Sentyabr , 2016 18:07
Amerikalı milyarder Formula 1-in səhmlərini alır

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ milyarderi Con Melouna məxsus "Liberty Media" şirkəti Formula 1 səhmlərinə nəzarət paketini 8,5 milyard dollara əldə etməyə yaxındır. "Report"un "Auto motor und sport"a istinadən verdiyi məlumata görə, şirkət gələn həftə səhmlərin alınması üçün ilk ödənişi etməlidir.

Formula 1-in əsas səhmdarı CVC Capital fondudur. O, səhmlərin 35,5 faizinin sahibidir. "Liberty Media"nın "kral yürüşləri"nin səhmlərini nəinki "CVC Capital"dan, hətta digər səhmdarlardan da almaq istədiyi bildirilir. Nəşr yazır ki, çempionat mərhələlərinin təşkilatçıları üzərindən maliyyə yükünü götürmək üçün şirkət Formula 1-in marketinq modelini dəyişdirmək istəyir. Habelə, şirkət Formula 1 səhmlərini Nyu-York fond birjasında yerləşdirmək niyyətindədir.

Mümkün dəyişikliklərlə əlaqəda Berni Ekklstoun Formula 1-in baş promouteri vəzifəsindən məhrum ola bilər. Onun yerini elektromobillərdə Formula E yürüş seriyasının rəhbəri Alexandro Aqaqın tutacağı deyilir.

Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi 17 - 19 iyunda Bakıda keçirilib. Müqaviləyə əsasən, Azərbaycan paytaxtı daha 4 il ərzində bu yarışları qəbul edəcək.  

Son xəbərlər

Orphus sistemi