AMADA-nın direktoru: "Bu il təzyiq faktları ilə qarşılaşmamışıq"

AMADA-nın direktoru: "Bu il təzyiq faktları ilə qarşılaşmamışıq" Bu il komandalar məkan məlumatı verməkdən imtina ediblər.
Fərdi
26 Dekabr , 2019 12:36
AMADA-nın direktoru: Bu il təzyiq faktları ilə qarşılaşmamışıq
Şəfəq Hüseynli / Report / Firi Salim

"Bu il komandalar məkan məlumatı verməkdən imtina ediblər".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib. 

O, 2020-ci ildən məkan məlumatlarının mütləq tələb olunacağını vurğulayıb. Hüseynli həmin komandaların oyunçularının qeydiyyata alınmış test qrupuna məcburi daxil ediləcəyini əlavə edib.

AMADA rəhbəri ötən illə müqayisədə bu il təzyiq faktları ilə qarşılaşmadıqlarını söyləyib: "Ola bilsin, ötənilki tədbirdə təzyiq faktları ilə qarşılaşdığımızı açıqladıqdan sonra belə hallar dayandırılıb. Çünki müxtəlif federasiyaların rəhbərləri bizimlə əlaqə saxlayaraq, onların qurumlarından təzyiqin edilib-edilmədiyini soruşdular".

Agentlik rəhbəri bu il beynəlxalq səviyyədə cəmi bir idmançının dopinq-testdən keçə bilmədiyini, bunun isə ötən illərlə müqayisədə çox yaxşı göstərici olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi