AMADA-nın direktoru: "Bu il Milli Antidopinq Proqramı çərçivəsində 471 test keçirilib"

AMADA-nın direktoru: "Bu il Milli Antidopinq Proqramı çərçivəsində 471 test keçirilib" Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il Azərbaycanda Milli Antidopinq Proqramı çərçivəsində, ümumillikdə, 471 test keçirilib. 
Fərdi
27 Dekabr , 2017 13:21
AMADA-nın direktoru: Bu il Milli Antidopinq Proqramı çərçivəsində 471 test keçirilib
Report/ Firi Salim

Bakı. 27 dekabr. REPORT.AZ/ "Bu il Azərbaycanda Milli Antidopinq Proqramı çərçivəsində, ümumillikdə, 471 test keçirilib". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlardan 278-i yarışdan kənar müddətdə (57 qan və 221 sidik nümunəsi), 193-ü yarış müddətində edilib: "Bundan əlavə, 12 idmançının bioloji pasportu yaradılıb (idmançının bioloji pasportu 12 ay ərzində idmançıdan azı üç dəfə dopinq testinin götürülməsi deməkdir). Milli proqramdan kənar beynəlxalq federasiyalar tərəfindən müraciətlər olur və onların müraciətləri əsasında AMADA test keçirir. 

2017-ci ildə ümumi 207 test sifariş edilib, bunlardan 167-si yarış müddətində, 40-ı yarışdankənar təşkil edilib. 6 futbol oyunu zamanı 27 test, eyni zamanda oyundankənar 21 test keçirilib. Bütün bu testlərin keçirilməsi üçün 93 missiya tələb olunub. Bu missiyalar 402 test, 334 idmançı, 22 idman növü və 3 paralimpiyaçını əhatə edib".

Son xəbərlər

Orphus sistemi