AMADA ilə ictimai birlik arasında memorandum imzalandı

AMADA ilə ictimai birlik arasında memorandum imzalandı Bu gün AMADA və AİK İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Fərdi
104
15 Fevral , 2021 16:16
AMADA ilə ictimai birlik arasında memorandum imzalandı

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və "Azərbaycan İdman Könüllüləri" (AİK) İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Report" xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli və AİK İB-nin idarə heyətinin sədri Miraqil Seyidzadənin imzaladığı sənəd iki qurum arasında əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur.

Memorandum ölkəmizdə keçirilən beynəlxalq və yerli səviyyəli idman tədbirlərində könüllülərin dopinq nəzarəti prosesinə cəlb edilməsi və Azərbaycan gəncləri arasında könüllülük hərəkatının inkişafınının dəstəklənməsi üçün əməkdaşlığı ehtiva edir.

Mərasimdə çıxış edən Ş.Hüseynli bildirib ki, könüllülərin idman tədbirlərində dopinq nəzarətinin həyata keçirilməsinə cəlb edilməsi ilə bərabər sağlam həyatın, təmiz idmanın təbliği, o cümlədən antidopinq maarfiləndirməsi baxımından da böyük imkanları var: "AMADA AİK-lə əməkdaşlıq edərək bu potensialdan səmərəli istifadə etmək niyyətindədir. Bu həm də könüllülərin antidopinq sahəsində biliklərini artırması və gələcəkdə bu sahədə fəaliyyət göstərməsi üçün yeni imkanlar açacaq".

M.Seyidzadə isə qeyd edib ki, dopinq nəzarəti idmanın ən vacib sahələrindən biridir və AİK İB bu sahədə görülən işlərə töhfə vermək üçün AMADA ilə sıx əməkdaşlıq edəcək. O əlavə edib ki, könüllülərin bu sahədəki tədbirlərə cəlb edilməsi, biliklər qazanması və təcrübə toplaması onların gələcək karyerası baxımından da əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi