AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Bakıda 21-27 iyul tarixlərində keçiriləcək Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) dopinq nümunələrinin toplanmasını təmin edəcək.
Fərdi
19 İyul , 2019 16:30
AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Bakıda 21-27 iyul tarixlərində keçiriləcək Bakı-2019 XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) dopinq nümunələrinin toplanmasını təmin edəcək.

Qurumdan "Report"a verilən məlumata görə, AMADA idmançıları həm yarışlar zamanı, həm də yarışlardan kənar test edəcək.

Nümunələrin toplanması festivalın bütün yarış məkanlarında həyata keçiriləcək. Toplanmış nümunələr Köln şəhərində yerləşən və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndəriləcək. EYOF-da işləmək üçün onlarla dopinq nəzarəti inspektoru, şaperon və könüllülər cəlb edilib.

Bundan əlavə, festival çərçivəsində AMADA və Avropa Olimpiya Komitəsi (EOC) bir sıra maarifləndirici tədbirlər keçirəcəklər.

Festivalın açılış mərasimi iyulun 21-də baş tutacaq. Avropanın ən güclü yeniyetmə atletləri bir həftə ərzində 10 idman növündə yarışacaqlar. 

Son xəbərlər

Orphus sistemi