Şəfəq Hüseynli: "Qısa müddətdə antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik"

Şəfəq Hüseynli: "Qısa müddətdə antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik" Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə nəzarəti prosesini təkmilləşdirmək məqsədi ilə hakaton keçirib.
Fərdi
26 Avqust , 2019 09:17
Şəfəq Hüseynli: Qısa müddətdə antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə nəzarəti prosesini təkmilləşdirmək məqsədi ilə hakaton keçirib.

Qurumdan “Report”a verilən məlumata görə, yarışma “SUP Akselerator” şirkəti tərəfindən təşkil edilib. Proqramçı və mühəndislərdən ibarət 8 komanda 48 saat fasiləsiz yarışaraq, 2 əsas və 2 əlavə tapşırığın öhdəsindən gəlməyə çalışıb. Qalib komanda 3000 manat məbləğində mükafatla təltif edilib.

AMADA-nın direktoru Şəfəq Hüseynli hakatonun bağlanış mərasimində deyib ki, antidopinq sahəsi sürətlə inkişaf edir: "Bu sahədə hər gün yeni çağırışlar yaranır. Onların öhdəsindən gəlmək üçün biz mütləq yüksək texnologiyalardan istifadə etməliyik. Məhz buna görə AMADA-nın strateji məqsədlərindən biri dopinqlə mübarizədə innovativ üsullardan istifadədir. Bu, 2019-2022-ci illər üçün Strateji planda əks olunub. Bu hakatonu keçirməklə biz bir tərəfdən bu məqsədə nail olmağa çalışırıq. Digər tərəfdən isə Azərbaycanın IT icmasının inkişafına dəstək olmaq istəyirik”. 

Onun sözlərinə görə, hakatonun nəticəsində yaradılacaq məhsul AMADA tərəfindən təqdim edilən növbəti yeniliklərdən biri ola bilər: “AMADA nisbətən gənc təşkilatdır. Biz cəmi 2,5 ildir ki, fəaliyyət göstəririk. Amma qısa müddət ərzində antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik. Ümid edirəm ki, bu hakatonun nəticəsində yaradılacaq məhsul da belə bir yeniliklərdən biri olacaq”.

Son xəbərlər

Orphus sistemi