AMADA Ordumuza dəstək verdi

AMADA Ordumuza dəstək verdi Qurumun əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar da alıb.
Fərdi
7 Oktyabr , 2020 11:16
AMADA Ordumuza dəstək verdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda inamla döyüşən şanlı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb.

AMADA-dan "Report"a verilən məlumata görə, qurumun əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar da alıb. Ləvazimatlar Müdafiə Nazirliyinin Tibb Xidmətinə təhvil verilib.

AMADA kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına baş sağlığı verir.

Son xəbərlər

Orphus sistemi