AMADA 4 idmançını dopinqə görə cəzalandırdı

AMADA 4 idmançını dopinqə görə cəzalandırdı Azərbaycanın daha 4 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Fərdi
5 Fevral , 2020 19:18
AMADA 4 idmançını dopinqə görə cəzalandırdı

Azərbaycanın daha 4 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

“Report”un Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar güləşçilər Əli Əminzadə ilə Azərşakib Məhəmməd, güllə atıcısı Jalə Bayramova və ağırlıqqaldıran Vasif Səforovdur.

Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Orqanizmində ekzogen, dehidroxlorometil-testosteron metaboliti tapılan Əminzadə 4 illik cəzaya məruz qalıb. Onun cəzası 2018-ci il martın 28-dən hesablanır.

Digər güləşçi Azərşakib Məhəmməd isə metenolon metaboliti maddəsinə görə eyni müddətə diskvalifikasiyaya olunub. Sanksiyanın başlama tarixi 2019-cu il iyulun 1-dən hesablanır.

Ağırlıq qaldıran Vasif Səforovun da cəzası 4 illikdir. Ekzogen əsilli “5aAdiol” və “5bAdiol” maddəsinə görə günahlandırılan idmançının cəza müddəti 2019-cu il aprelin 9-da başlayıb.

Nəhayət, güllə atıcısı Jalə Bayramova isə 2 illik cəza ilə üzləşib. Atimulyantlar/amfetamindən maddəsi aşkarlanan idmançının sankiyası 2021-ci il avqustun 9-da başa çatacaq.

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 49 idmançıya sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi