Yuxarı

​Alp dağlarında 5 ekstremal əyləncə həvəskarı həyatını itirib

Onların arasında paraşütçü, deltaplançı, winqsuitlə tullanan və iki alpinist var

Bakı. 15 avqust. REPORT.AZ/ Ötən iki istirahət günü ərzində Alp dağlarının Fransa ərazisinə düşən hissəsində ekstremal idman növləri ilə məşğul olan 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Londonun "The Guardian" qəzeti öz saytında məlumat yerləşdirib.

Məlumata görə, ötən istirahət günlərində paraşütçü, deltaplançı, winqsuitlə tullanan və iki alpinist həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi