Yuxarı

​"Alov qüllələri" Şahmat Olimpiadasına dəstək verməyə başlayıb

Gecə saatlarında binaların üzərində vizual şahmat fiqurları canlandırılır

Bakı. 14 avqust. REPORT.AZ/ Bakının ən möhtəşəm binalarından sayılan "Alov qüllələri" 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək verməyə başlayıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.

Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi