Almaniyalı ikiqat olimpiya mükafatçısı 14 il məşqçisinin zorakılığına məruz qalıb

Almaniyalı ikiqat olimpiya mükafatçısı 14 il məşqçisinin zorakılığına məruz qalıb Suya tullanma üzrə ikiqat olimpiya mükafatçısı almaniyalı Yan Hempel 14 il məşqçisi tərəfindən zorakılığına məruz qalıb.
Fərdi
21 Avqust , 2022 14:06
Almaniyalı ikiqat olimpiya mükafatçısı 14 il məşqçisinin zorakılığına məruz qalıb

Suya tullanma üzrə ikiqat olimpiya mükafatçısı almaniyalı Yan Hempel 14 il məşqçisi tərəfindən zorakılığına məruz qalıb.

"Report" xəbər verir ki, 51 yaşlı keçmiş idmançı bu barədə ARD telekanalındakı sənədli filmdə danışıb.

Hempel 11 yaşından 25 yaşınadək baş məşqçisi Venger Langerin cinsi istismarına məruz qaldığını bildirib. Həmin mütəxəssis 2001-ci ildə intihar edib.

Atlet yerli federasiyanın məsələdən xəbərdar olduğunu, lakin heç bir tədbir görmədiyini söyləyib.

Qeyd edək ki, Yan Hempel 1996-cı ildə Atlanta olimpiadasında gümüş, 4 il sonra Sidneydəki yarışda bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi