"Formula 1": İkinci gündə Raykkonen hamını qabaqladı

"Formula 1": İkinci gündə Raykkonen hamını qabaqladı Formula 1 üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyasında ikinci günə yekun vurulub.
Fərdi
20 Fevral , 2020 21:38
Formula 1: İkinci gündə Raykkonen hamını qabaqladı

"Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyasında ikinci günə yekun vurulub.

"Report"un məlumatına görə, İspaniyanın Barselona şəhərindəki "Katalunya" trasında keçirilən bugünkü test sessiyasında ən yaxşı nəticəyə İsveçrənin "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen imza atıb - 1 saat 17,091 dəqiqə (134 dövrə).

Böyük Britaniyanın “Reysinq Poynt” komandasının sürücüsü Serxio Peres 1 saat 17,347 dəqiqə (145 dövrə) göstərici ilə ikinci olub. Fransanın "Reno" kollektivinin pilotu Daniel Rikkardo isə üçüncü ən yaxşı nəticəni göstərib - 1 saat 17,749 dəqiqə (41 dövrə).

Test sessiyasının ilk günündə ən yaxşı göstəriciyə 1 saat 16, 976 dəqiqə (94 dövrə) nəticə ilə "Mercedes" komandasının pilotu Lüis Hemilton imza atıb.

Qeyd edək ki, mövsüm öncəsi ilk test sessiyasına sabah yekun vurulacaq. İkinci testlər isə 26-28 fevralda olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.

Son xəbərlər

Orphus sistemi