Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş turnir keçirilir

Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş turnir keçirilir Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş Olimpiya ümidləri adlı karate üzrə beynəlxalq turnir keçirilir.
Fərdi
27 Sentyabr , 2019 18:28

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş "Olimpiya ümidləri" adlı karate üzrə beynəlxalq turnir keçirilir. 

Azərbaycan Karate Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfəki yarış 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.

Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini icmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

Sentyabrın 28-i saat 16:00-da turnirin açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.

Turnirə sentyabrın 29-da yekun vurulacaq. 

Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümü ərəfəsində Azərbaycan Ordusunun Aprel zəfərinə və Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş karate üzrə Sumqayıt şəhər birinciliyi və 2017-ci ildə Beynəlxalq Şotokan Karate-Do Təşkilatı Azərbaycan filialının V açıq çempionatı keçirilib. Ötən il isə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirildi və bu yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının təqvim planına salınaraq hər il keçiriləcəyi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi