AİBA "Rio-2016"dan bir neçə hakimi uzaqlaşdırıb

AİBA "Rio-2016"dan bir neçə hakimi uzaqlaşdırıb Olimpiada zamanı səhvlərə yol vermiş hakimlərin adı açıqlanmır
Fərdi
17 Avqust , 2016 20:58
AİBA Rio-2016dan bir neçə hakimi uzaqlaşdırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) 2016-cı il Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarından bir neçə hakimin uzaqlaşdırılmasına dair qərar qəbul edib. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə assosiasiya rəsmi məlumat yayıb. 

Qərar müvafiq komissiya tərəfindən hakimlərin fəaliyyəti yoxlanıldıqdan sonra verilib. Olimpiada zamanı səhvlərə yol vermiş hakimlərin adı açıqlanmır. 

AIBA həmçinin qeyri obyektiv qərarlar çıxarmış hakimlərin fəaliyyətində korrupsiya halının olması ehtimalına dair ittihamları rədd edir.

Son xəbərlər

Orphus sistemi