AİBA prezidenti tutduğu vəzifədən kənarlaşdırılıb

AİBA prezidenti tutduğu vəzifədən kənarlaşdırılıb Bu barədə İntizam Komissiyası qərar qəbul edib
Fərdi
10 Oktyabr , 2017 16:48
AİBA prezidenti tutduğu vəzifədən kənarlaşdırılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Çinq-Kuo Vu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti vəzifəsindən kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, bu barədə AİBA-nın İntizam Komissiyası qərar qəbul edib.

Komissiya Vunun əvəzləyicisini yaxın vaxtlarda açıqlayacağını bildirib.

Qeyd edək ki, Çinq-Kuo Vu AİBA prezidenti vəzifəsində 2006-cı ildən çalışırdı. O, 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. 

Son xəbərlər

Orphus sistemi