Ağsuda Azərbaycan Cüdo Federasiyasının cüdo zalları fəaliyyətə başlayıb

Ağsuda Azərbaycan Cüdo Federasiyasının cüdo zalları fəaliyyətə başlayıb Rayonun idman kompleksində cüdo zalının açılışı olub.
Fərdi
6 Aprel , 2017 01:15
Ağsuda Azərbaycan Cüdo Federasiyasının cüdo zalları fəaliyyətə başlayıb
Foto ACF

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Ağsu rayonunda olublar. Əvvəlcə Ağsu rayon Növcü kənd tam orta məktəbində cüdo zalı şağirdlərin istifadəsinə verilib. Bu zalda Növcü və ətraf kəndlərdən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Sonra Ağsu İdman Kompleksində cüdo zalının açılışı olub. Ağsu rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Son xəbərlər

Orphus sistemi