Ağır Atletika Federasiyası və AMADA-nın birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib

Ağır Atletika Federasiyası və AMADA-nın birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib Tədbirdə yığma komandaların idmançı və məşqçi heyəti iştirak edib
Fərdi
22 Dekabr , 2017 18:42
Ağır Atletika Federasiyası və AMADA-nın birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib.

“Report” xəbər verir ki, milli komandaların mərkəzi məşq bazasında baş tutan tədbirdə təlim-məşq toplanışında olan yığma komandaların idmançı və məşqçi heyəti, eləcə də “Zirvə Liseyi”nin ağırlıqqaldırma ilə məşğul olan şagirdləri iştirak edib. Seminarı AMADA-nın Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva və mütəxəssis-həkim Fərid Əliyev aparıb.

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda idmançılar anonim dopinq sorğusunda iştirak edib, onlara maarifləndirici buklet və kitabçalar paylanıb.

Son xəbərlər

Orphus sistemi