AFFA rəhbərliyi Azərbaycan-Kamerun oyununu izləyir

AFFA rəhbərliyi Azərbaycan-Kamerun oyununu izləyir Oyun saat 18:30-da başlayıb
Fərdi
8 May , 2017 18:38
AFFA rəhbərliyi Azərbaycan-Kamerun oyununu izləyir
Report.az

Bakı. 8 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən Azərbaycan və Kamerun yığmaları arasında futbol matçını izləyənlər arasında dövlət rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri də var.

"Report"un məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və digər şəxslər tribunada yer alıblar.

Qeyd edək ki, oyun saat 18:30-da başlayıb.

Son xəbərlər

Orphus sistemi