AFFA-nın baş katibi İslamiadada iştirak edəcək yığma üzvləri ilə görüşüb

AFFA-nın baş katibi İslamiadada iştirak edəcək yığma üzvləri ilə görüşüb Görüş Milli Komandaların Məşq Mərkəzində baş tutub
Fərdi
4 May , 2017 16:46
AFFA-nın baş katibi İslamiadada iştirak edəcək yığma üzvləri ilə görüşüb

Bakı. 4 may. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Milli Komandaların Məşq Mərkəzində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş katib IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də Kamerun komandasına qarşı keçirəcək. “Bayıl Arena”da baş tutacaq matç saat 18:30-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi