"Azərbaycanda dünya çempionatının keçirilməsi üçün hər zaman fürsət var".
"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan Ümumdünya Həvəskar Kikboksinq Təşkilatının (WAKO) prezidenti Roy Beyker deyib.
Qurumun rəhbəri bildirib ki, hazırda müvafiq ərizələrin verilməsi mərhələsidir: "Bununla bağlı qərarlar noyabr ayında veriləcək. Mən buraya gələndə gördüm ki, idman obyektləri yüksək səviyyədədir. Azərbaycan bu cür yarışları təşkil edə bilər".
Beyker digər beynəlxalq təşkilatların dünya çempionatı təşkil etməsinə də münasibət bildirib: "Bir çox idman növlərində dırnaqarası federasiyalar mövcuddur. Boks, güləş və digər idman növlərində bunlar var. Kikboksinq sahəsində yeganə qurum WAKO-dur ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Digər qurumlar öz ciblərini güdürlər. Bizim təşkilat demokratiya üzərində qurulub".
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti
Beyker isə əlavə edib ki, məhz bu səbəbdən Azərbaycanda bu idman növü çox inkişaf edir.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov kikboksinqin ölkədə ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: "Bu idman növündə beynəlxalq yarışlarda iştirak etmişik və edirik. Ölkəmizdə həm olimpiya, həm də qeyri-olimpiya növləri inkişaf edir. Bu idman növündə bizim dünya və Avropa çempionlarımız var. İdmançıların uğurları bizi sevindirir. WAKO prezidentinin ölkəmizə gəlişinin böyük önəmi var. Onun səfəri bu idman növünün daha da inkişafına təkan olacaq".