ACF tərəfindən perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün region yarışları keçirilir - VİDEO

ACF tərəfindən perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün region yarışları keçirilir - VİDEO Federasiya tərəfindən təşkil edilən yarışlarda məqsəd regionlarda cüdonun inkişafıdır
Fərdi
14 Oktyabr , 2017 21:52
ACF tərəfindən perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün region yarışları keçirilir - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.

"Report" ACF-ə istinadən xəbər verir ki, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Perspektivli yeniyetmə cüdoçuları müəyyənləşdirmək üçün hər il olduğu kimi, bu il də region yarışları keçirilir. Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən yarışlarda əsas məqsəd həm regionlarda cüdonun inkişafı, həm də cüdomuzun gələcəyi üçün yeni parlaq nəsil yetişdirməkdir.

Yarışlar Azərbaycan Cüdo Federasiyasının tərəfindən bölgələrə ezam edilmiş federasiya rəsmiləri və idman mütəxəssisləriindən ibarət peşəkar heyətlə keçirlir. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim edilir. Bölgələrdə uğur qazanan ən perespektivli yeniyetmə cüdoçular ölkə çempionatında mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi