ABŞ-ın əfsanəvi qolfçusu vəfat edib

ABŞ-ın əfsanəvi qolfçusu vəfat edib 87 yaşlı qolfçunun ölümünə ürəyindəki problem səbəb olub
Fərdi
26 Sentyabr , 2016 10:09
ABŞ-ın əfsanəvi qolfçusu vəfat edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ ABŞ-ın məşhur qolfçusu Arnold Palmer Pittsburqda 87 yaşında vəfat edib. "Report"un Amerika Qolf Assosiasiyasına istinadən verdiyi məlumata görə, ölüm ürək problemi nəticəsində baş verib.

Arnold Palmer 1974-cü ildə Dünya Qolf Şöhrəti Zalına daxil edilib. O, qolf üzrə əsas peşəkar turnirlərin 7 qat qalibi olub. Palmer peşəkar idmandan 2006-cı ildə gedib.  

Son xəbərlər

Orphus sistemi