ABŞ idmançısı döyüşdən sonra ölən boksçunun dəfn xərclərini ödəyəcək

ABŞ idmançısı döyüşdən sonra ölən boksçunun dəfn xərclərini ödəyəcək Döyüşdən sonra dünyasını dəyişən ABŞ boksçusu Patrik Deyin dəfn xərcləri onun ailəsi tərəfdən ödənməyəcək.
Fərdi
22 Oktyabr , 2019 15:53
ABŞ idmançısı döyüşdən sonra ölən boksçunun dəfn xərclərini ödəyəcək

Döyüşdən sonra dünyasını dəyişən ABŞ boksçusu Patrik Deyin dəfn xərcləri onun ailəsi tərəfdən ödənməyəcək.

"Report" "FightNights" istinadən xəbər verir ki, sabiq WBC (Dünya Boks Şurası) versiyası üzrə dünya çempionu Cermell Çarlo bütün xərcləri ödəməyi təklif edib. 

Qeyd edək ki, Patrik Dey həmyerlisi Çarlz Konveylə döyüşün 10-cu raundunda nokauta düşüb. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar. Xəstəxanaya yerləşdirildikdən sonra o, beynindən təcili əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, Deyin həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi